Robert Bosch GmbH avtomobil və sənaye texnologiyaları, istehlak məhsulları, tikinti və qablaşdırma texnologiyaları sahələrində aparıcı qlobal texnologiya və xidmətlərin təchizatçısı olan Alman şirkətlər qrupudur.
Şirkət 1886-cı ildə alman sahibkar və mühəndis Robert Boş tərəfindən yaradılmışdır. Şirkətin baş ofisi Almaniyanın Gerlingen şəhərində, Ştutqart yaxınlığında yerləşir.
2013-cü ildə Bosch tədqiqat və inkişafa 4,5 milyard avrodan çox sərmayə qoyub və dünya üzrə 5000-dən çox patent üçün müraciət edib. Təxminən 280.000 işçi 2013-cü maliyyə ilində 46,1 milyard avro satış əldə edib.
Bosch Qrupuna Robert Bosch GmbH və təxminən 50 ölkədə 360-dan çox törəmə və regional şirkət daxildir. Satış və xidmət tərəfdaşları ilə birlikdə Bosch təxminən 150 ölkədə fəaliyyət göstərir.
Volkmar Denner 2012-ci il iyulun 1-dən İdarə Heyətinin sədridir.